Qış Olimpiya Oyunları başladı

Qış Olimpiya Oyunları başladı
Cənubi Koreyanın Pxençxan şəhərində XXIII Qış Olimpiya Oyunları start götürüb.

Sport7.az xəbər verir ki,  102 dəst medal uğrunda 92 ölkədən 2902 idmançı yarışacaq. 

Azərbaycan isə yarışda 1 idmançı ilə təsmil olunacaq. Belə ki, milliləşdirilmiş avstriyalı Patrik Braxner həm bayraqdarımız olacaq, həm də medal qazanmağa çalışacaq. Bu onun ölkəmiz adına ikinci Qış Olimpiya Oyunlarıdır. Braxner dağ xizək idmanında (slalom və nəhəng slalom üzrə) nəyə qadir olduğunu nümayiş etdirəcək.
 
Sport7.az

Xəbər lenti