Qış Olimpiya Oyunlarının qalibi intihar etdi

Qış Olimpiya Oyunlarının qalibi intihar etdi

ABŞ-ın Leyk-Plesid şəhərciyində keçirilmiş 1980-ci il Qış Olimpiya Oyunlarının qalibi Mark Paveliç 63 yaşında dünyasını dəyişib.

Sport7.az xəbər verir ki, ABŞ-ın buzüstü xokkey millisinin keçmiş üzvü intihar edib. Yerli polis apardığı araşdırma nəticəsində belə qənaətə gəlib. Paveliçin özünü boğaraq öldürdüyü müəyyən olunub.

Mark Paveliç 1980-ci il olimpiadasında ABŞ yığmasının heyətində 7 oyuna 7 xal (1 qol + 6 ötürmə) toplayıb. O, final mərhələsində SSRİ ilə görüşdə 2 məhsuldar ötürmə verərək, 4:3 hesablı qələbədə pay sahibi olub.

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR