Qiyamçılar Azərbaycan çempionatından qovuldu

Qiyamçılar Azərbaycan çempionatından qovuldu

Basketbol üzrə ölkə çempionatını boykot edən klublarla federasiya arasında yaşanan fikir ayrılığı hələ də davam edir.

Qısaca xatırladaq ki, çempionatda iştirak edən NTD, "Alov”, AZTOP, "80-lər” və ADNSU-nun rəhbərliyi federasiya prezidenti Nadir Nəsibov istefa verənə kimi yarışlara qatılmayacaqlarını bəyan ediblər. Bu üzdən artıq 5-ci həftədi ölkə çempionatının oyunları təxirə salınır.

Ötən saylarımızın birinə açıqlama verən federasiyanın icraçı direktoru Rüstəm Rüstəmov "boykotçular” ilə bağlı qərar verməyə tələsmədiklərini, hadisələrin hansı məcrada davam edəcəyini gözlədiklərini bildirmişdi. Ancaq dünən "qiyamçılar”ın başında duran NTD-nin prezidenti Bəhram Abdinovla danışdıqda məlum oldu ki, federasiya klublara qarşısı sanksiya tətbiq edib:

"Bugünlərdə federasiya həm bizə, həm də çempionatda iştirakdan imtina edən digər klublara məktub ünvanlayıb. Çempionat oyunlarına çıxmadığımıza görə 5 klub hərəyə 1500 manat cərimələnib və yarışdan kənarlaşdırılıb. Onların bu qərarı gülməlidi. Onsuz da 5 klubun heç biri Nadir Nəsibov prezident olacağı halda çempionata qatılmayacağını əvvəlcədən ictimaiyyətə açıqlayıb. Bunu bilə-bilə yenidən bizə məktub göndərməyin nə mənası var? Əsasnamədə yarışdan imtina edən kluba cərimə kəsilməsi ilə bağlı heç bir bənd yoxdu. Cərimə kimi göstərilən 1500 manatı nəyə əsaslanıb yazıblar, bunu da başa düşmürəm. Federasiya rəhbərliyi hər addımda özünü biabır etməkdə davam edir. Biz və çempionatdan imtina edən başqa klubların rəhbərləri sona qədər sözümüzün üstündə dayanacağıq. Nadir müəllim istefa verənə kimi çempionata qatılmayacağıq”. (Futbol+)

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR