“Qızıl top” mükafatına ilk namizədlər

“Qızıl top” mükafatına ilk namizədlər
"France Football” nəşri "Qızıl top” mükafatına namizədləri açıqlamağa başlayıb. 
 
Sport7.az xəbər verir ki, ilk olaraq 5 namizədin adı siyahıya daxil edilib. 

"5-lik"də Serxio Aqüero ("Mançester Siti" İngiltərə, Argentina), Qaret Beyl ("Real Madrid" İspaniya, Uels), Kərim Benzema ("Real Madrid" İspaniya, Fransa), Alisson Bekker ("Liverpul" İngiltərə, Braziliya), Edinson Kavani (PSJ Fransa, Uruqvay) yer alıblar. 

Qeyd edək ki, dünyanın ən yaxşı futbolçusu mükafatı uğrunda 30 oyunçu mübarizə aparacaq. Qalan namizədlərin adları gün ərzində açıqlanacaq. 
 
Xatırladaq ki, "Qızıl top" mükafatının təqdimatı dekabrın 3-də Fransanın paytaxtı Parisdə keçiriləcək. 
 
Sport7.az

Xəbər lenti