“Qızıl top”a namizədlərin adı açıqlandı - YENİLƏNDİ

“Qızıl top”a namizədlərin adı açıqlandı - YENİLƏNDİ
"France Football” nəşri hər il dünyanın ən yaxşı futbolçusuna təqdim edilən "Qızıl top” mükafatına namizəd daha 5 oyunçunun adını açıqlayıb. 
 
Sport7.az xəbər verir ki, bu barədə Fransa nəşrinin rəsmi saytı məlumat yayıb. 
 
5-liklər şəklində elan olunan oyunçuların sonuncu qrupu da ictimaiyyətə açıqlanıb. 
 
Lionel Messi ("Barselona”), Pyer-Emerik Obameyanq ("Borussiya” D.), Edison Kavani (PSJ), Mats Hummels ("Bavariya”), Karim Benzema ("Real”), Kilian Mbappe (PSJ/”Monako”), İsko ("Real”), Leonardo Bonuççi ("Yuventus”/”Milan”), Eden Azar ("Çelsi”), Kristiano Ronaldonun ("Real”) adı da siyahıya əlavə edilib.
 
Daha öncə açıqlanan siyahıda isə Canluici Buffon ("Yuventus”), Antuan Qrizman ("Atletiko”), Radamel Falkao ("Monako”), Toni  Kroos ("Real”) və Sadio Manenin ("Liverpul”), Kevin de Bruyne ("Mançester Siti”, Belçika), Robert Levandovski ("Bavariya”, Polşa), David De Xea ("Mançester Yunayted”, İspaniya), Harri Keyn ("Tottenhem”, İngiltərə), Edin Dzekonun ("Roma”, Bosniya və Herseqovina), Luis Suares ("Barselona”, Uruqvay), Yan Oblak ("Atletiko”, Sloveniya), Serxio Ramos ("Real”, İspaniya), Filipe Koutinyo ("Liverpul”, Braziliya), Dris Mertens ("Napoli”, Belçika), Neymar (PSJ/"Barselona", Braziliya), Luka Modriç ("Real", Xorvatiya), Paulo Dibala ("Yuventus", Argentina), Marselo ("Real", Braziliya) və Nqolo Kantenin ("Çelsi", Fransa) adları yer almışdı.
 
Yekun siyahıda 30 futbolçu yer alıb.
 
Qeyd edək ki, "qızıl top” mükafatının son qalibi "Real”ın və Portuqaliya millisinin hücumçusu Kriştiano Ronaldo olub.

Sport7.az

Xəbər lenti