"Qızıl top"u Messi qazanacaq - İddia

Bu gün "Qızıl top"un sahibi müəyyənləşəcək.

"Marca"nın xəbərinə görə, "Barselona"nın hücumçusu Lionel Messi mükafata layiq görüləcək. Nəşr iddia edir ki, səsvermənin yekunlarına əsasən, argentinalı futbolçu ən yaxın izləyicisi Vircil van Deyki qabaqlayaraq qalib olub.

Belə olacağı təqdirdə, Messi 6-cı "Qızıl top"unu qazanacaq və bu mənada rekordu ələ keçirəcək.

Qeyd edək ki, mükafatlandırma mərasimi Bakı vaxtı ilə saat 23:30-da start götürəcək.

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR