Messi 6-cı dəfə

Messi 6-cı dəfə "Qızıl top"a layiq görüldü (FOTO)

Fransanın paytaxtı Paris şəhərində "Qızıl top" mükafatının təqdimetmə mərasimi keçirilir.
 
İlk əvvəl Kopa mükafatının sahibi müəyyənləşib. Hollandiya millisinin və "Yuventus"un müdafiəçisi Matteys de Lixt qalib olub.
 
"France Football" jurnalının versiyasına görə, Braziliya yığmasının və "Liverpul"un üzvü Alisson ilin ən yaxşı qapıçısı seçilib. O, Lev Yaşin adına mükafata layiq görülən ilk qolkiper kimi tarixə düşüb.
 
İlin ən yaxşı qadın futbolçusu Meqan Rapino olub. 34 yaşlı oyunçu 2019-cu ildə ABŞ millisinin heyətində dünya çempionluğunu bayram etmişdi.
 
Günün əsas mükafatı isə Lionel Messiyə qismət olub. Leo ilin ən yaxşı kişi futbolçusu seçilib. 6-cı dəfə "Qızıl top"a layiq görülən argentinalı oyunçu bu mənada yeni rekord müəyyənləşdirib.
 





Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR