Qızlarımız qapını bərk çırpdılar - YENİLƏNDİ

Qızlarımız qapını bərk çırpdılar - YENİLƏNDİ

Bu gün futbol üzrə qadınlardan ibarət Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsində sonuncu oyununu keçirib.

Sport7.az xəbər verir ki, Siyasət Əsgərovun baş məşqçi olduğu komanda Moldova seçməsini qəbul edib. "ASK Arena"da baş tutan görüş millimizin minimalhesablı qələbəsi ilə yekunlaşıb.
 
Qələbəyə baxmayaraq millimiz 5 komandanın mübarizə apardığı qrupda 3 xalla sonuncu yerdə qalıb. 

Avropa çempionatı, seçmə mərhələ

18:00. Azərbaycan - Moldova 1:0
(Aysun Əliyeva, 46)

"ASK Arena".
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR