"Qol imkanlarından istifadə etməklə bağlı problemlər var" - Qriqorçuk

Topaz Premyer Liqasının XX turunun "Keşlə” – "Qəbələ” oyunundan (1:1) sonra "qırmızı-qaralar”ın baş məşqçisi Roman Qriqorçukun mətbuat konfransı keçirilib.
 
Sport7.az sizi ukraynalı mütəxəssisin fikirləri ilə tanış edir:

"Rəqib komanda yaxşı oynadı. Bununla razıyam. Amma hakimlər oyunu "sındırırlar”. Üç ildir belə hallar yaşanır. Hakimlikdən deyil, futboldan danışmaq istəyirəm. Mən digər rəqiblərdən bir baş üstün olduğumuzu, onları asanlıqla məğlub edəcəyimizi demirəm. Düzdür, "Qarabağ” daha üstündür. Amma digər komandalara qalib gələ bilərik. Bizdə qol imkanlarından istifadə etməklə bağlı problemlər var. Öz üzərimizdə işləməliyik. Ön xətdə oynayan futbolçularımız legionerlərdir. Müəyyən yollar tapmalıyıq ki, onlar qol vursunlar. Bizə də hücumçuların qolları lazımdır. "Səbail”lə görüşdə, Vitali Vernidub, bu dəfə Voislav Stankoviçin avtoqola imza atmasına gəlincə, onlara güvənirəm. Onlara dəstək olacağam və sonadək inanacağam”.
 
Sport7.az

Xəbər lenti