"Qol imkanlarını dəyərləndirə bilməmək problemimiz davam edir" - Vüqar Məmməd

17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığma komandasının baş məşqçisi Vüqar Məmməd Avropa çempionatının ilkin seçmə mərhələsində bu gün Qazaxıstan yığması ilə keçirilmiş oyundan sonra fikirlərini bildirib.
 
Sport7.az xəbər verir ki, mütəxəssis  0:2 hesablı məğlubiyyəti belə izah edib: "Rəqib 90 dəqiqə müdafiə futbolu oynadı. Bu cür futbol oynayan komandaya qol vurmaq çox çətindir. İki kobud səhv etdik. Nəticədə rəqib də bundan məharətlə istifadə edib qalib gəlməyi bacardı. Taktiki baxımdan üstün olduğumuzu qeyd edə bilərəm. Sadəcə, əvvəlki oyunlarda olduğu kimi, yaratdığımız qol imkanlarını dəyərləndirə bilməmək problemimiz davam edir. Futbolçularımız öz üzərilərində çox çalışmalıdırlar”.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR