"Qol vurmaq üçün hücum etmək lazımdı" - Mahmud Qurbanov

Bu gün "Qarabağ", avqustun 3-də isə "Qəbələ" ciddi sınaq qarşısına çıxacaq deyə bilərik.

Moldovada "Şerif"in qonağı olacaq ağdamlılar, Çempionlar Liqasının qrup mərhələsinə bir addım da yaxınlaşmaq üçün rəqibini keçməlidi. "Qəbələ" isə səfərdə minimal hesabla məğlub olduğu "Panatinaikos"un cavabını Bakıda qaytarmaq niyyətindədi. Bəs bunu bacarmaq mümkün olacaqmı? Ümumiyyətlə həm "Qarabağ" həm də "Qəbələ" rəqiblərini hansı şəkildə keçə bilər? Bu suallara cavab tapmaq üçün mütəxəssis fikri öyrəndik.

Yığmamızın sabiq üzvü və hazırda məşqçisi kimi çalışan Mahmud Qurbanov Sport7.az-a açıqlamasında bunları söylədi:

"Pozitiv düşünürəm. Hər şey klublarımızın öz əlindədi. İlk oyunda hesabın 0:0 olması hələ heç nə demək deyil. Hər şey səfər oyununda həll olunacaq. Amma fikrimcə, səfərdə "Qarabağ" öz oyununu oynasa "Şerif" səddini keçəcək.

"Qəbələ" də minimal hesabla məğlub olub. "Panatinaikos"un oyununa baxdım, gənc amma, güclü komandadı. Səhv etmirəmsə "Qəbələ" 2 il əvvəl də "Panatinaikos"u keçmişdi. Fikrimcə buna yenə yaxındılar. Necə oynamağı üçün baş məşqçi tapşırıqlarını verəcək. Bizim nəsə deməyimiz yersiz olar. Yəqin ki, ilk oyundan sonra rəqiblə daha yaxından tanış olublar. İnanıram ki, baş məşqçi komandanı "Panatinaikos"u keçəcək səviyyədə hazırlayacaq. Hər halda qol vurmaq üçün hücum etmək lazımdı. "Qəbələ" də bunu yaxşı bacarır. Yaxşı futbolçuları var hücumda. Qol vura biləcək futbolçular mövcuddu. Qriqorçuk bunlardan istifadə edəcək. "Yagelloniya" ilə oyunu canlı izləmişdim. Komandanın necə müdafiə olunduğunu və hücuma keçdiyini öz gözlərimlə görmüşdüm. Yenə də "Qəbələ"nin növbəti mərhələyə adlamaq şansı var. Baxmayaraq ki, "Panatinaikos" ağır komandadı. "Qəbələ" də zəif deyil, bundan güclü rəqibərlə də qarşılaşıb və məğlub edib. İnanıram ki, meydan, azarkeş amili, evdə daha aqressiv və istəkli olmaları fikrimcə qələbə qazanmaq üçün yetərli olar. Biz yalnız proqnoz veririk, hər şey meydanda görünür. İnanıram ki, klublarımız mərhələ adlayacaq".

Sport7.az 

Xəbər lenti