"Qolden Steyt" Andre İqudalanın forma nömrəsini (9) əbədiləşdirmək qərarına gəlib.
Bu barədə "The Athletic"-in insayderi Şems Çaraniya məlumat yayıb. İqudala 2013-2019-cü illər aralığında "Vorriorz"da çıxış edib və 3 dəfə (2015, 2017, 2018) NBA-da çempionluq yaşayıb. Bu yay "Qolden Steyt" 35 yaşlı basketbolçunu "Memfis"ə göndərib.
İqudala komandadakı 6 mövsüm ərzində 7,3 xal, 3,9 ribaund və 3,4 asist ortalamaları ilə oynayıb.
Sport7.az