Qomişdən "Qalatasaray" üçün tarixi qol

Qomişdən
Dünən "Qalatasaray"ın doğma meydanda "Antalyaspor"u məğlub etdiyi matç "Cim Bom" üçün əlamətdar olub.
 
Sport7.az xəbər verir ki, Fatih Terimin rəhbərliyi altında daha öncə Superliqada çıxdığı 279 matçda 599 qol vuran "Qalatasaray" 600-cü qoluna məhz bu görüşdə çatıb.
 
14-cü dəqiqədə qapı torunu silkələyən Qomiş "Qalatasaray"ın Fatih Terimin rəhbərliyi altındakı 600-cü qolunu rəsmiləşdirdi. 601-ci qol yenə fransız oyunçudan gəldiyi halda, komandanın 602-ci qolunu Sofiyan Fequli öz adına yazdırıb.
 
Bu 602 qol, 82 ayrı oyunçu tərəfindən vurulduğu halda, öz qapılarına 14 top göndərib.

Xəbər lenti