Qordon Heyvord 6 həftə oynaya bilməyəcək

Qordon Heyvord 6 həftə oynaya bilməyəcək

"Boston"un forvardı Qordon Heyvord əməliyyat olunub.

ESPN-in xəbərinə görə, Heyvord 6 həftə oynaya bilməyəcək. O, şənbə günü "San-Antonio" ilə oynanılan matç zaman Lamarkus Oldriclə toqquşmuşdu. Nəticədə 29 yaşlı basketbolçunun sol qolunun metakarpal sümüyündə sınıq aşkarlanmışdı.

Baş məşqçi Bred Stivensin sözlərinə görə, əməliyyat oyunçunun qayıdışını sürətləndirəcək.

Heyvordun yoxluğunda "Boston" "Dallas"ı 116:106 hesabı ilə məğlub edib.

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR