Qriliş söz-söhbətlərə son qoydu

Qriliş söz-söhbətlərə son qoydu

"Aston Villa"nın futbolçusu Cek Qrilişin bu yay transfer məsələri ilə bağlı fərziyyələrə son qoyacaq addım atıb.
 
Sport7.az xəbər verir ki, futbolçu klubu ilə yeni, 5 illik müqavilə bağlayıb. Bu klubun tvitter səhifəsində də öz təsdqini tapıb. Elə futbolçu da açıqlamasında klubu ilə yeni müqavilə imzaladığını bildirib.
 
Yarımmüdafiəçinin bu yay "Mançester Yunayted"ə transfer olunacağı gözlənilirdi, çünki klub ciddi şəkildə bu futbolçu ilə maraqlanırdı. "Qırmızı Şeytanlar"ın baş məşqçisi Ole Qunnar Sulşer yarımmüdafiəni məhz Qrilişlə gücləndirmək niyyətində idi. 
 
Ancaq futbolçu həftəlik 140 min funt-sterlinq məvacib qarşılığında "Aston Villa" ilə yeni müqavilə bağladı. 
 
25 yaşlı Qriliş 2012-ci ildən yetirməsi olduğu "Aston Villa"nın formasını geyinir.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR