Qriqorçuk Ukraynadan

Qriqorçuk Ukraynadan "Qəbələ"yə 2 yox, 3 məşqçi gətirdi

"Qəbələ"nin məşqçilər korpusu tam müəyyənləşib.

Klubun baş meneceri Zaur Əzizovun Sport7.az saytına verdiyi xəbərə görə, Roman Qriqorçuk ölkə mətbuatının yazdığı kimi, "Çernomorets"dən 2 yox, 3 məşqçi gətirib. Belə ki, daha əvvəl bilinən Mixail Savka və Stepan Matviivə Andrey Qluşenko da qoşulub.

Andrey Qluşenkonun gəlişi ilə qapıçılar üzrə çalışdırıcı olan Dmitri Kramarenko komandanın məşqçilər heyətindən göndərilib. Artıq millimizin sabiq qapıçısı da əsas komandadan kənarlaşdırıldığını təsdiqləyib. Beləliklə, Qriqorçukun yeganə yerli köməkçisi Sənan Qurbanov olacaq. Bundan başqa, "Çernomorets"dən ayrılmış elmi-metodiki qrup rəhbəri Anatoli Korotyanın da "Qəbələ"yə keçəcəyi gözlənilir.

Qeyd edək ki, 40 yaşlı Andrey Qluşenko 2009-cu ilin iyunundan Zaporojye "Metallurq"unda Roman Qriqorçukun köməkçisi olub. O, 2011-ci ilin martın 24-dən isə "Çernomorets"də qapıçılar üzrə məşqçi işləyib.

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR