Qriqorçukun oğlu "Beşiktaş"ın heyətində çempion oldu - VİDEO

Qriqorçukun oğlu
Azərbaycan kubokunun qazanmağa yaxın olan "Qəbələ"nin baş məşqçisi Roman Qriqorçukun oğlu artıq ölkəmizdə başı üzərinə kubok qaldırıb.
 
İki gün öncə Bakıya təşrif buyurmuş "Beşiktaş"ın prezidenti Fikrət Ormanın şərəfinə keçirilmiş turnirin finalında "Beşiktaş-Azərbaycan"ın 9 yaşlı futbolçulardan ibarət komandası "Keşlə"dən olan həmyaşıdlarını məğlub edərək çempion oldular.
 
Qriqorçukun oğlu Tamerlan da qalib komandanın heyətində yer alıb və hətta matçda bir neçə epizodda qol vurmağa da yaxın olub. Özü fərqlənməsə də, komanda yoldaşları hədəfə düşərək onu da çempion olanlar sırasına qatıb.
 
Sport7.az Rekord.az-a istinadən Tamerlanın iştirakı ilə yaşanan epizodları təqdim edir. 
 
 
Sport7.az

Xəbər lenti