Qriqorçukun yeni klubu bəlli oldu - ÖZƏL

Qriqorçukun yeni klubu bəlli oldu - ÖZƏL

"Qəbələ"nin sabiq baş məşqçisi Roman Qriqorçukun yeni klubu bəlli olub. 

Sport7.az-ın əldə etdiyi məlumata görə, ukraynalı mütəxəssis karyerasını Qazaxıstanda davam etdirəcək. 

Bu gecə Bakıdan vətəninə yox, birbaşa Astanaya uçacaq Qriqorçuk yerli "Astana" klubu ilə anlaşacaq. 

Sabah klubla müqavilə bağlayacaq 53 yaşlı mütəxəssis ictimaiyyətə rəsmən təqdim olunacaq. 

Qeyd edək ki, 2015-ci ildən "Qəbələ"də çalışan Roman Qriqorçuk Azərbaycan Kubokunun finalında "Keşlə"yə 0:1 hesablı məğlubiyyətdən sonra tutduğu vəzifədən istefa verib. 
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR