Qrizman ən yaxşı futbolçu seçildi

Qrizman ən yaxşı futbolçu seçildi
"Atletiko”nun hücumçusu Antuan Qrizman dekabr ayında İspaniya La Liqasının ən yaxşı futbolçusu seçilib. 

Sport7.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb. 

27 yaşlı fransız futbolçu dekabr ayında Madrid təmsilçisinin heyətində keçirdiyi 4 oyunda 4 qol vurub və 1 məhsuldar ötürmə edib. Hücumçu cari mövsümdə 25 oyunda 12 qol vurub və 7 məhsuldar ötürmə verib.

Qeyd edək ki, Qrizman Fransa millisinin tərkibində Rusiyada keçirilən futbol üzrə XXI dünya çempionatında dünya çempionu olub.
 
Sport7.az

Xəbər lenti