Qrizman üçün mövsüm bitə bilər

Qrizman üçün mövsüm bitə bilər

"Barselona"nın futbolçusu Antuan Qrizman mövsümün qalan hissəsini buraxa bilər.
 
Sport7.az xəbər verir ki, "Valyadolid"lə oyunda zədələnən futbolçu fasilədə məcburən Luis Suarezlə əvəzlənmişdi. Fransızın oyundan kənarlaşdırılmasına səbəb olan onun budundakı əzələ ağrısıdı. Bildirilib ki, La Liqanın qalan mövsümündə onun meydana çıxa bilməsi üçün müalicə alacaq. 
 
"Barselona"nın Qrizmanı satacağı ilə bağlı xəbərlər yayılmışdı. Ancaq futbolçunun agenti eyni zamanda bacısı olan Maud Qrizman klub rəhbərliyinin ona inandığını bildirmişdi. 
 
Bu mövsüm Qrizman Kataloniya klubunun formasında meydsana çıxdığı 46 matçda 15 qola, 4 məhsuldar ötürməyə imza atıb.
 
Hazırda "Barselona" turnir cədvəlində ikinci pillədədi və "Real"dan cəmi 1 xal geri qalır. 
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR