Qrizmandan uruqvaylı komanda yoldaşlarına sürpriz

Qrizmandan uruqvaylı komanda yoldaşlarına sürpriz
Antoin Qrizman "Real Sosyedad"da forma geyəndən bəri uruqvaylılarla çox yaxşı anlaşır. 

Sport7.az xəbər verir ki, fransız ulduz 2009-2014-cü illərdə "Real Sosyedad"da forma geyərkən Karlos Bueno, Dieqo İfran, Çori Kastro kimi futbolçularla yaxın dost idi. "Atletiko"da isə Dieqo Qodinlə Xose Ximenez onun dostudu. Hətta ilk illərdə Kristian Rodrigerzlə də yaxınlıq edirdi. 

Bu dəfə futbolçu uruqvaylı komanda yoldaşlarına sürpriz edib. Qodin və Ximenez DÇ-2018-in Cənubi Amerika zonası üzrə seçmə mərhələsindəki son matçından qayıdarkə onları məhz Qrizman qarşılayıb. Özü də Uruqvay yığmasının formasında və lində bu ölkəyə məxsus içki olan "mate" ilə...

Qodin daha sonra bu sürprizin xatirə kimi qalması üçün çəkilən fotonu sosial media hesabından "Madriddə gözəl bir "xoş gəldin" yazılmış mesajı ilə paylaşıb.

Sport7.az

Xəbər lenti