Qrizmann

Qrizmann "Atletiko" azarkeşləri ilə vidalaşdı: "Həmişə ürəyimdə sizə yer olacaq"

"Atletiko"dan ayrılmaq qərarına gələn Antuan Qrizmann klub azarkeşləri ilə sağollaşıb:

"Dieqo Simeone, Miqel Anxel Xil və rəhbərliyin digər üzvləri ilə danışdıqdan sonra məni çox sevən azarkeşlərə klubdan ayrılmaq qərarına gəldiyimi demək istərdim. Yeni çağırışları sınaqdan keçirmək istəyirəm.

Bu barədə qərar qəbul etmək mənim üçün asan olmalıdı. Birlikdə keçirdiyimiz beş möhtəşəm ildən söhbət gedir. Klub səviyyəsində ilk böyük uğurlarımı burada qazanmışdım.

Həmişə ürəyimdə sizə yer olacaq. Ona görə də, klub və məşqçidən sonra qərarım barədə sizi də məlumatlandırmaq istədim.

İnsanlara sevinc hissi bəxş etmək üçün meydanda hər şeyimi ortaya qoydum. Eyni zamanda, özüm də burada oynamaqdan zövq alırdım. Hamınıza minnətdaram".

Qrizmann 2014-cü ildə 30 milyon avro qarşılığında "Real Sosyedad"dan transfer edilmişdi. "Atletiko"nun heyətində 256 matçda meydana çıxan fransız futbolçu 133 dəfə rəqib qapılarına yol tapıb.

Antuan Qrizmannın karyerasını "Barselona"da davam etdirəcəyi gözlənilir.

Sport7.az 

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR