Qrizmann

Qrizmann "Barselona"dan ayrılmaq istəyir

"Barselona"nın hücumçusu Antuan Qrizmann klubdakı vəziyyətdən narazıdı və PSJ-yə keçmək istəyir.

Bu barədə "Ok Diario"nun jurnalisti Eduardo İnda məlumat yayıb:

"Qrizmann təngə gəlib və "Barselona"dan ayrılmaq istəyir. Onun Messi ilə münasibətləri qaydasında deyil.
 
Qrizmann PSJ-yə keçmək niyyətindədi. Antuandan Neymarın "Barselona"ya keçidində istifadə oluna bilər".

Fransız futbolçu 2019-cu ilin yayında 120 milyon avro qarşılığında "Atletiko"dan "Barselona"ya transfer olmuşdu.

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR