"Barselona" Qrizmannın transferini açıqladı (FOTO)

Antuan Qrizmann "Barselona"ya keçib.

Fransız forvardın müqaviləsi 5 il müddətinə nəzərdə tutulub. Sazişə əsasən, Qrizmannın sərbəst qalma məbləği 800 milyon avro təşkil edəcək. Katalon klubunun saytında bu barədə məlumat yerləşdirilib.

"Barselona" sərbəst qalma məbləğini - 120 milyon avro - ödəyərək 28 yaşlı futbolçunu heyətinə qatıb.

Qrizmann 2014-2019-cü illər aralığında "Atletiko"da çıxış edib. Madrid klubunun heyətində 257 matçda meydana çıxan hücumçu 133 dəfə fərqlənib.
 


Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR