Quardiola:

Quardiola: "Artetanın məni əvəzləyəcəyindən, demək olar ki, əminəm"

"Mançester Siti"nin baş məşqçisi Pep Quardiola köməkçisi Mikel Arteta haqqında fikirlərini bölüşüb:

"Artetanın məni "Mançester Siti"nin baş məşqçisi postunda əvəzləyəcəyindən, demək olar ki, əminəm. O, uğur qazanacaq.

Gec və ya tez, Arteta baş məşqçi olacaq. Gənc olmasına baxmayaraq, artıq məşhur oyunçular və böyük klublarla iş təcrübəsinə malikdi.

Artetanın iş etikası inanılmazdı. Baş verənləri analiz etmək və həll yollarını tapmaq üzrə xüsusi istedada sahibdi".

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR