Quardiola:

Quardiola: "Baş verənləri qəbul etmək bizim üçün ağırdı"

"Mançester Siti"nin baş məşqçisi Pep Quardiola Çempionlar Liqasının 1/4 final mərhələsinin cavab görüşləri çərçivəsində "Tottenhem"lə oynanılan matçdan (4:3) sonra media nümayəndələrinin önünə çıxıb.

Katalon mütəxəssis şübhəli epizodlar haqqında fikirlərini bölüşüb və komandası adına nəticəni qəbul etməyin ağır olduğunu bildirib:

"Çox ağırdı, amma nəticəni dəyişmək olmaz. Bunun öhdəsindən gəlmək lazımdı. 20 dəqiqədən sonra 3:2 öndə idik. İkinci hissədə çoxlu epizodlarımız oldu və lazım olan qolu vurduq. Təəssüf ki, sonluq pis alındı. "Tottenhem"i təbrik edirik və yarımfinalda uğurlar arzu edirik.

VAR-ı dəstəkləyirəm. Ancaq başqa bir baxış nöqtəsindən, bəlkə də, qol epizodunda Fernando Lyorente əllə oynamışdı. Ola bilər, hakimin baxdığı bucaqdan isə fərqli görünüb.

Sterlinqin hesaba alınmayan qolu? Sadəcə, ofsayd olduğuna dair qərar verildi. Biz ilk oyunda penaltini qaçırmışdıq. Yenə də oyunçularım və azarkeşlərlə qürur duyuram. Burada heç vaxt belə dəstək görməmişdim.

Nəticəyə gəlincə, bu, futboldu, gedişatı təxmin etmək olmur. Sonda qolu qeyd edirdik və yarımfinala çox yaxın idik, ancaq alınmadı. Son iki mövsüm ərzində inanılmaz işlər görmüşük.

Qarşıda bizi çempionat oyunları və İngiltərə kubokunun finalı gözləyir. Bu gün baş verənləri qəbul etmək bizim üçün ağırdı, sabah da belə olacaq, ancaq o biri gün hazır olacağıq".

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR