Quardiola:

Quardiola: "Çempionlar Liqasının qalibi olmağa hələ də hazır deyilik"

"Mançester Siti"nin baş məşqçisi Pep Quardiola "Kristal Pelas"la oyundan sonra (2:0) komandasının qol epizodlarını qaçırmaqla bağlı probleminə diqqət çəkib:

"Bir neçə qol epizodunu qaçırdıq. Realizasiya bacarığımızı inkişaf etdirməliyik. Çempionlar Liqasının qalibi olmağı hədəfləməliyik deyə fikirlər səsləndirirlər. Məncə, biz hələ də ÇL çempionluğuna hazır deyilik.

Az qol buraxırıq, amma eyni zamanda, əlimizə düşən epizodlardan faydalanmalıyıq. Son iki mövsüm ərzində kifayət qədər qol epizodu yarada bilirik. Şübhəsiz ki, realizasiya üzərində işləməyə davam etməliyik".

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR