"Mançester Siti"nin baş məşqçisi Pep Quardiola Samuel Eto'onun karyerasını bitirməsinə münasibətini bildirib:
"İnanılmaz futbolçu, birlikdə çalışmaq imkanım olan və gördüyüm ən yaxşı hücumçulardan biri... - Eto'o mənim xatirimdə belə qalıb. Şəxsiyyəti və xarakteri onu top bombardirlərdən birinə çevirmişdi. Üzərindəki təzyiq çox olanda daha da yaxşı oynayırdı".
Qeyd edək ki, Eto'o 2008-09 mövsümündə "Barselona"da Quardiolanın rəhbərliyi altında oynayıb.
Sport7.az