Quardiola:

Quardiola: "Gündoğanın "Siti"də qalmaq fikri yoxdusa, ayrıla bilər"

"Mançester Siti"nin baş məşqçisi Pep Quardiola İlkay Gündoğan haqqında fikirlərini bölüşüb.

Katalon mütəxəssis komandada qalmaq istəyəcəyi təqdirdə alman futbolçuya müqavilə təklif etməyə hazır olduqlarını deyib:

"Ümid edirəm ki, İlkay komandada qalacaq. Biz bunun tərəfdarıyıq. Sadəcə, mən onun bu yöndəki istəyini nümayiş etdirməsini gözləyirəm.

Yox, əgər "Mançester Siti"də qalmaq fikri yoxdusa, ayrıla bilər. Dediyim kimi, biz onunla əməkdaşlıq etməkdə maraqlıyıq. Müqaviləsi növbəti mövsümü də əhatə edir. İstəyirsə, sazişi uzada da bilərik. Amma görünən odur ki, hazırda İlkayın istəyi bu yöndə deyil. Gözləmək lazım gələcək".

Cari mövsümdə İngiltərə Premyer Liqasında 24 matçda meydana çıxan İlkay Gündoğanın aktivində 5 qol, 2 məhsuldar ötürmə var.

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR