Quardiola:

Quardiola: "İspaniyada, ərəb ölkələrində, hər yerdə insan hüquqlarını müdafiə etməyə davam edəcəm"

"Mançester Siti"nin baş məşqçisi Pep Quardiola Kataloniyada siyasi vəziyyətin gərginləşməsinə münasibət bildirib.

Təcrübəli mütəxəssis daim insan hüquqlarının müdafiəsi üçün çalışacağını qeyd edib:

"Məncə, başqa ölkələrdən olan insanlar da susmamalıdılar. Amma təəssüf ki, hamını öz ətrafında olub-bitənlər maraqlandırır. Onları narahat edən bir şey olmadığı müddətcə müdaxilə etmirlər. Belə olmamalıdı! Avropa bu məsələyə müdaxilə etməlidi. Ölkədəki insanlar artıq bir-birilərinə güvənmirlər.

İnsan hüquqlarını müdafiə etməyə davam edəcəm - İspaniyada, ərəb ölkələrində, fərq etməz, hər yerdə... İrqçiliyə, cinsi ayrıseçkiliyə, qadın-kişi hüquqlarının qeyri-bərabərliyinə qarşı mübarizə aparmalıyıq. Zaman və məkan fərq etmir, mən həmişə bunu etməyə çalışmışam".

Qeyd edək ki, İspaniya Ali Məhkəməsi Kataloniyada iğtişaşların baş verməsində və referendumun keçirilməsində təqsirləndirilən 9 katalon siyasətçi haqqında həbs qərarı çıxıb. Bundan sonra Barselona küçələrində etiraz aksiyaları başlayıb.

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR