Quardiola mövsümün sonunda

Quardiola mövsümün sonunda "Mançester Siti"dən ayrılmayacaq

"Mançester Siti"nin baş məşqçisi Pep Quardiola mövsümün sonunda komandanı tərk etməyəcək.

BBC-nin xəbərinə görə, Quardiola yaxın dostları ilə söhbəti zamanı, UEFA-nın qadağasına baxmayaraq, "Siti"dən ayrılmaq niyyətində olmadığını bildirib. O, İdman Arbitraj Məhkəməsinin (CAS) qərarından asılı olmayaraq müqavilə öhdəliklərini sonuna kimi yerinə yetirmək niyyətindədi.

49 yaşlı mütəxəssisin müqaviləsi 2021-ci ilin yayında başa çatır. Bununla belə, Pep mövsümün sonunda sözləşməsindəki bənddən istifadə edərək komandanı tərk etmək haqqına sahibdi.

Qeyd edək ki, UEFA maliyyə feyr-pleyi qaydalarının pozulmasını əsas gətirərək "şəhərlilər"i iki mövsümlük avrokuboklardan uzaqlaşdırıb. "Mançester Siti" qərarla əlaqədar olaraq İdman Arbitraj Məhkəməsinə (CAS) apellyasiya şikayəti ünvanlayıb.

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR