Quardiola: "Püşkatmada iştirak etdiyimizə görə çox sevinirəm"

Quardiola:
"Mançester Siti"nin baş məşqçisi Pep Quardiola komandasının Çempionlar Liqasının 1/4 finalında "Tottenhem"lə qarşılaşacağı məlum olduqdan sonra püşkatmanın yekunlarını dəyərləndirib.

Katalon mütəxəssis "şəhərlilər"in digər nəhənglərlə müqayisədə, böyük ÇL təcrübəsinə malik olmadığına diqqət çəkib:

"Püşkatmada iştirak etdiyimizə görə belə, çox sevinirəm. "Mançester Siti"nin Çempionlar Liqası tarixindəki ən böyük uğuru yarımfinaldı. "Real", "Barselona" və "Bavariya" kimi klublarla müqayisə aparanda onların ÇL-də necə böyük təcrübəyə malik olduğu ortaya çıxır".

"Tottenhem" və "Mançester Siti" arasındakı görüşlər 9-17 aprel tarixlərində keçiriləcək. Aprelin 20-də isə komandalar İngiltərə Premyer Liqası çərçivəsində üz-üzə gələcəklər.

Sport7.az

Xəbər lenti