Quardiola

Quardiola "Şaxtyor"la müntəzəm oyunlar haqda: "Artıq Ukraynada özümə ev almışam"

"Mançester Siti"nin baş məşqçisi Pep Quardiola "Şaxtyor"la oyun ərəfəsində fikirlərini bölüşüb.

Çempionlar Liqasında "Şaxtyor"a tez-tez rəqib olan katalon baş məşqçi zarafat edərək, Ukraynada ev aldığını deyib:
 
"Artıq Ukraynada özümə ev almışam. Həm "Barselona"da, həm "Bavariya"da, həm də "Mançester Siti"də işləyəndə "Şaxtyor"la oynamışıq. Demək olar ki, hər mövsüm bura gəlirəm. Artıq öyrəşmişəm və xoşuma gəlir.

"Şaxtyor"la oynamaq maraqlıdı və matçların hamısı bir-birinə bənzər şəkildə keçir. Luçeskunun komandasına qarşı oynamaq çətin idi. İlk oyunum ağır alınmışdı, deyəsən, son dəqiqələrdə qələbə qazana bilmişdik.

"Şaxtyor"da oynamış bəzi möhtəşəm futbolçuları yaxşı xatırlayıram: Srna, Villian... Fonsekanın komandası da nizamlı idi. Ötən il asan qələbə qazanmağımıza baxmayaraq, onların xətləri arasında boşluq tapmağın çətin olduğunu deyə bilərəm.

Təbii ki, meydanın mərkəzində topa nəzarət etmək, cərimə meydançamız həndəvərində təhlükə yaratmaq baxımından Tayson, Marlos və Stepanenko əla oyunçulardılar. Bilirəm, artıq Rakitski heyət üzvü deyil, amma sizin yeni mərkəz müdafiəçiniz də əla oynayır. Pyatov isə hələ də təcrübə toplamağa və hər gün daha da yaxşı olmağa davam edir".

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR