Quardiola:

Quardiola: "Tottenhem"lə oyunda azarkeş dəstəyinə ehtiyacımız var"

"Mançester Siti"nin baş məşqçisi Pep Quardiola "Tottenhem"lə cavab oyunu haqda fikirlərini bölüşüb.

Katalon mütəxəssis həlledici görüşdə azarkeş dəstəyinə ehtiyacları olduğunu bildirib:

"Liverpul"la oyundakı atmosfer mənim üçün kifayətdi - bəlkə də, bir az yaxşısı. Buna ehtiyacımız var.

Məni bağışlayın, dostlar, bu turnirdə səhvlərim ola bilər, ancaq bir neçə dəfə 1/4 final və yarımfinal görmüşəm. Hər dəfə də səfərdə oynayanda atmosfer inanılmaz olub. Azarkeşlər öz komandalarını dəstəkləyiblər.
 
Bir də deyirəm: buna ehtiyacımız var. Bizim yarımfinala yüksəlməyimizi arzulayan azarkeşləri stadionda görmək istəyirəm. 20 aydan sonra oyunçularla bağlı heç bir şübhəm yoxdu. Yarımfinalı istəyən azarkeşləri görməyi arzulayıram. Sabah məhz bunu gözləyəcəm".

"Mançester Siti" - "Tottenhem" oyunu sabah Bakı vaxtı ilə saat 23:00-da start götürəcək. İlk görüş London klubunun 1:0 hesablı qələbəsi ilə yekunlaşmışdı.

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR