"Quardiola "Yuventus"a razılıq verib" - İddia

"Mançester Siti"nin baş məşqçisi Pep Quardiola gələcəkdə "Yuventus"u çalışdıra bilər.

"Il Giornale"nin jurnalisti Luici Quelpa katalon çalışdırıcının "Yuventus"a bu barədə söz verdiyini iddia edib:

"Quardiola şifahi şəkildə "Yuventus"la 4 illik müqavilə imzalamağa artıq razılıq verib. Məlumatı Ronaldunun "Yuventus"a keçəcəyini əvvəlcədən bilən şəxsdən öyrənmişəm".

Daha öncə Massimiliano Alleqrinin mövsümün sonunda "Yuventus"dan ayrılacağı və Antonio Konte və Zinədin Zidanın posta əsas namizədlər olduğu barədə xəbərlər yayılmışdı.

Qeyd edək ki, Alleqrinin "Qoca Sinyora" ilə olan sazişi 2020-ci ilin yayında bitir, Quardiolanın "Mançester Siti" ilə olan anlaşması isə 2021-ci ilə qədər nəzərdə tutulub.

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR