Quardiola

Quardiola "Yuventus"la anlaşıb? - "Sky Italia" və Balaqe AGI-nin iddiasını təkzib edir

İtaliyanın AGI agentliyi "Mançester Siti"nin baş məşqçisi Pep Quardiolanın "Yuventus"la anlaşdığı barədə məlumat yayıb.

Xəbərdə katalon mütəxəssisin iyunun 4-də Turin klubu ilə 4 illik müqaviləyə imza atacağı və yeni iş yerində ilinə 24 milyon avro qazanacağı qeyd olunub.

İddiaya görə, Quardiolanın təqdimat mərasimi 14 iyunda keçiriləcək. "Yuventus" sözügedən gündə tədbir səbəbindən stadion turlarının olmayacağını bəyan edib.

Ancaq Pepin "Qoca Sinyora"ya keçidi barədə xəbərlər dərhal nüfuzlu mənbələr tərəfindən təkzib edilib.

"Sky Sport Italia"nın jurnalisti Alessandro Alçato "tvitter"də yazıb: "Quardiolanın "Yuventus"a keçmək şansı yoxdu".

Quardiolaya yaxınlığı ilə bilinən, BBC jurnalisti Qilyem Balaqe də məsələ barədə fikrini bildirib: "Pep "Mançester Siti"də qalacaq. Xəbərlərin haradan qaynaqlandığını bilmirəm, amma həqiqəti əks etdirmirlər. Quardiola Mançesterdə avtobusda olduğu vaxt onun Malpensa aeroportunda (Milanda) olduğunu yazırlar".

Qeyd edək ki, bu gün "La Gazzetta dello Sport" "Tottenhem"in baş məşqçisi Maurisio Poçettinonun "Yuventus"un təklifini qəbul etdiyini yazıb.

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR