Quardiolanın anası koronavirusdan dünyasını dəyişdi

Quardiolanın anası koronavirusdan dünyasını dəyişdi

"Mançester Siti"nin baş məşqçisi Pep Quardiolanın anası vəfat edib.
 
Sport7.az "Siti"nin mətbuat xidmətinə istinadən xəbər verir ki, Dolores Sala Karrio 82 yaşında koronavirusdan dünyasını dəyişib. "Şəhərlilər"in bəyanatında qeyd olunub:
 
"Klubla əlaqəsi olan hər kəs bu kədərli anında Pepə, ailəsinə və dostlarına səmimi qəlbdən başsağlığı verir".
 
Daha əvvəl Quardiola koronavirusla mübarizə məqsədi ilə Kataloniyadakı xəstəxanalarından birinə 1 milyon avro bağışlamışdı.

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR