Quarejma:

Quarejma: "Bütün səhvlər futbolçulardadı"

Türkiyə Superliqasının ilk turunda səfərdə "Sivasspor"a məğlub olan "Beşiktaş"ın futbolçusu Rikardo Kuaresma məğlubiyyətə görə komanda yoldaşlarını günahlandırıb.
 
Sport7.az xəbər verir ki, portuqaliyalı ulduz baş məşqçidə heç bir günahın olmdığını söyləyib. O açıqlamasında "Məşqlərdə çalışdığımız kimi oynaya bilmədik. Çempionata çox pis başladıq. Bu məğlubiyyətin bütün məsuliyyəti futbolçuların üzərinə düşür. Təcrübəli məşqçimiz var və bugünki məğlubiyyətdə onun günahı yoxdur. Bütün səhvlər futbolçulardadı. Hücum qurmaqda çətinlik çəkdik və nəticədə məğlub olduq" sözlərini söyləyib.
 
"Sivasspor" - "Beşiktaş" matçı meydan sahiblərinin 0:3 hesablı qələbəsi ilə yekunlaşıb.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR