Quliyevsiz

Quliyevsiz "Yonava" məğlub oldu

Futbol üzrə Litva 1-ci liqasında 27-ci turun oyunları keçirilib.

Sport7.az xəbər verir ki, azərbaycanlı futbolçu Kamran Quliyevin formasını geyindiyi "Jonava” da növbəti matçına çıxıb.

Səfərdə "Vitis”lə qarşılaşan futbolçumuzun komandası bu oyundan məğlubiyyətlə ayrılıb – 2:3.

Cari mövsümdə 10 qol vuran futbolçumuzun adı qarşılaşmanın iştirak ərizəsinə daxil edilməyib.

"Jonava” hazırda 37 xalla 8-ci pillədə qərarlaşıb.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR