"Quran"ı oxuyanda ruhum dincəlir" - Arda Turan

"Barselona"nın futbolçusu Arda Turan karyerası ilə bağlı müsahibə verib. Sport7.az xəbər verir ki, Türkiyə millisinin üzvü müsahibəsində hazırkı çıxışından və hədəflərindən söz açıb.

"Avro-2016"nın final mərhələsinə vəsiqə qazanmaqdan söz açan Arda, sözügedən yarışın onun üçün vacib olduğunu bildirib. O, millinin çalışdırıcısı Fatih Terimdən çox şey öyrəndiyini deyib: "Fatih Terimin mənə çox xeyiri dəyib. Hollandiya ilə oyunda cəzalıydım. Buna görə də  "Hollandiyaya uduzmayın, qalanı mən həll edərəm" demişdim. Allaha şükür, indi final mərhələsindəyik. Çoxları bunu möcüzə hesab edir.  Biz də möcüzə üçün çalışırdıq. Bir il bundan öncə 1 xalımız var idi, sonda isə 18 oldu. İndi də bizə yaraşan şəkildə mübarizə aparacağıq. Bu yarış mənim üçün çox önəmlidi. Fatih Terim bu müddət ərzində bəlkə də heç bir oyunçuya inanmayacağı qədər mənə inandı. O, futbol həyatımın inkişaf etməsində çox rol oynadı. Futbolu çox yaxşı bilən insandı". 

"Barselona” forması ilə debüt edən Arda Çempionlar Liqasını qazanmaq arzusunda olduğunu da gizlətməyib: "Həyatımdakı hədəflərimdən biri də Çempionlar Liqasını qazanmaqdı. İnşallah, onu da "Barselona"da qazancam. "Atletiko"da bunu qazanmağıma 1 dəqiqə 20 saniyə mane oldu. Yadımdan çıxamıram. Finalda oynaya bilməyəcəyimi qəbul etmişdim. Simeone yanıma gəlib "Oynaya bilərsən, narahat olma" demişdi. Nə qədər istəsəm də, alınmadı. İynələrin, müalicələrin heç bir xeyiri olmadı".

Yeni klubundan söz açan təcrübəli yarımmüdafiəçisi komanda yoldaşı Messini də tərifləyib:  "Barselona" forması ilə meydana olanda ötürmə vermək üçün 3 alternativim olur. Bu, hər kəsdə belədi. Ancaq Messi fərqlidi. Bəlkə Messidə bu alternatib 10-a bərabərdi. O, Allahın bir möcüzəsidi. Onun bir hərəkətindən daha çox xoşum gəlir. Bunun adı qısqanclıq deyil. O, rəqibin ayaq arasında topu keçirəndə xoşbəxt oluram. Luis Enrikenin məni "Barsa"da görmək istəməsinin səbəbi az top itirməyim, qazanmaq hirsim və mübarizəmdi. Məni buna görə istədiyini bildirdi. Bunu meydanda da sübut edəcəm". 

Ulduz futbolçu "Quranı-Kərim”i oxumağa başladığını da bildirib: "Allah qismət edərsə, "Quran”ı oxumağa başlamışam. Hər gün oxuyuram. Təbii ki, mənasını başa düşərək oxumaq fikrindəyəm. "Quran”ı oxuyanda ruhum dincəlir. Şöhrət artanda daha inanclı olmalıyam ki, özümü dayandıra bili. Dünyavi şeylərdə itib, yoxa çıxmamaq mümkünsüzdü. Tokioda Arda Turan forması ilə küçədə gəzən insanlar var. Yaponiyada olanda rahat gəzmək üçün papaq taxırıam. Bu, sizin uşaq ikən tanıdığınız Ardadı. Mən hər zaman eyni Arda olduğuma inanıram”.

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR