"Qurban müəllim necə məsləhət bilsə..." - Yunis Hüseynov

Topaz Premyer Liqasının XX turunda "Kəpəz" səfərdə "Sumqayıt"a 1:2 hesabı ilə məğlub olub. 
 
Sport7.az xəbər verir ki, oyundan sonra Gəncə klubunun baş məşqçisi Yunis Hüseynov matç haqda fikirlərini səsləndirib. 
 
İlk növbədə "Sumqayıt"ı təbrik edirəm. Qalib gəlmək istəyirdik. Komandamız pis təsir bağışlamafı. İlk hissədə yaxşı oynadıq. İkinci hissədə oyunu rəqibə verdik. Onlar isə iki zərbə vurdu və qol oldu.

- Uğursuzluq sindromunu nə ilə bağlayırsız?
- Psixoloji cəhətdən ola bilər. Həmişə ikinci hissənin sonlarında qol buraxırıq. Ona görə səhvlər olur.

- Dario sanki süni meydançada özünü qoruyurdu...
- Dario texnikalı oyunçudu. Rəqib də bunu bildiyi üçün ona yaxın oynayırdı. Ona görə də oyunu alınmadı. Yəni süni meydança olduğu üçün deyil.

- "Kəpəz"dən kiminsə milliyə çağrılacağını gözləyirsiz?
- Bəlkə də autsayder olduğumuz üçün heç kimi çağırmaz. Amma bu Qurban müəllimin səlahiyyətindədi. Özü necə məsləhət bilsə, elə də edəcək. 
 
Sport7.az

Xəbər lenti