Qurban Qurbanov Antonio Konte ilə görüşdü - FOTOLAR

Qurban Qurbanov Antonio Konte ilə görüşdü - FOTOLAR
Millimizin və "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov "Çelsi" klubunun bazasına yollanıb.

Sport7.az xəbər verir ki, mütəxəssis "Çelsi"nin Premyer Liqanın 18-ci turu çərçivəsində "Southempton"a 1:0 hesabı ilə qalib gəldiyi oyunu izləyib. Dünən isə klubun akademiyasında olan Qurban Qurbanov "Çelsi"nin müxtəlif yaş qrupları üzrə komandalarının oyunlarını izləyib və akademiyanın strukturuyla tanış olub.

Bu gün "Çelsi"nin baş məşqçisi Antonio Konteylə görüşən Qurban Qurbanov həmkarıyla fikir mübadiləsi aparıb və komandanın məşqində iştirak edib.
 

 
Sport7.az

Xəbər lenti