Qurban Qurbanov:

Qurban Qurbanov: "Asan qələbə olmadı"

"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov, "Sabah"la oyundan sonra fikirlərini bildirib.
 
Sport7.az xəbər verir ki, mütəxəssis 2:0 hesablı qələbəni belə şərh edib: "Futbolçularımı təbrik edirəm. Çox ağır qrafikdəyik. Həm çempionat, həm avrokubok oyunlarına çıxırıq. Futbolçularda istək həddən artıq çox olmalı idi".
 
Qurban bəy komandada yorğunluq olduğunu da dilə gətirib: "Həm fiziki, həm psixoloji yorğunluq var. Avrokubokdan sonra çempionata köklənmə problem ola bilərdi. Amma çox aktiv göründülər. "Sabah”a uğur arzulayıram. Asan qələbə olmadı. Çox istəkli rəqib gördük. Şükür olsun ki, 3 xal qazandıq".
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR