Qurban Qurbanov bu dəfə Latviyanı seçdi

Qurban Qurbanov bu dəfə Latviyanı seçdi
Azərbaycan milli komandasının daha bir yoldaşlıq oyunu keçirəcəyi dəqiqləşib.

Sport7.az xəbər verir ki, yığmamız Latviya ilə qarşılaşacaq.
 
Qurban Qurbanovun yetirmələri Baltikyanı ölkə təmsilçisi ilə iyunun 9-da üz-üzə gələcək. Yığmamız bu oyunu səfərdə keçirəcək. Qarşılaşmanın keçiriləcəyi stadion və başlanma vaxtı hələlik dəqiqləşməyib.

Qeyd edək ki, millimiz növbəti oyununu martın 27-də Makedoniya ilə keçirəcək.
 
Sport7.az

Xəbər lenti