Qurban Qurbanov: "Bu qrupda hər bir oyunumuz çətin olacaq"

Qurban Qurbanov:
"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Avroliqanın qrup mərhələsindəki rəqiblərlə bağlı düşüncələrini bölüşüb.
 
Sport7.az xəbər verir ki, mütəxəssis bunları söyləyib: "Çətin və maraqlı qrupa düşdük. Bir tərəfdən sevindirici haldır ki, "Arsenal” və "Sportinq” kimi böyük tarixləri və Avropa təcrübələri olan klublarla qarşılaşacağıq. Ötən mövsümdə qrupumzdakı rəqiblər də çətin idi və ağır oyunlar keçirdik. Ən azından azarkeşlərimiz bu matçlardan həzz aldılar, bəzi oyunlar bizim üçün arzuolunmaz oldu. Hər bir halda, elə böyük komandaların Bakıya gəlməsi azarkeşlər üçün xoş oldu. Eləcə də bu mövsümdə azarkeşlərimiz bu komandalarla oyunları səbirsizliklə gözləyəcək, biz də onların etimadını doğrultmağa çalışacağıq. Bu qrupda hər bir oyunumuz çətin olacaq”.
 
Bu gün Monakoda keçirilən Avroliqanın qrup mərhələsinin püşkatmasında püşkatmada "Qarabağ" E qrupuna düşüb. Azərbaycan çempionu burda "Arsenal", "Sportinq" və "Vorskla" ilə mübarizə aparacaq.
 
Sport7.az

Xəbər lenti