Qurban Qurbanov: "Bunu demək üçün hələ bir az tezdi"

Qurban Qurbanov:
Tofiq Bəhramov adına Respublika stadionunda baş tutan "Qarabağ" - "Neftçi" matçından sonra ağdamlıların baş məşqçisi Qurban Qurbanov düşüncələrini media nümayəndələri ilə bölüşüb.
 
Sport7.az xəbər verir ki, Qurban bəy bunları söyləyib: "Düşünürəm ki, maraqlı, əsl derbi oldu. Hər iki komanda qalib gəlmək istəyirdi. Azarkeşlər də oyuna rəng qatdı. Qarşıdakı oyunlara daha yaxşı hazırlaşmalıyıq".

- Hiss olunurdu ki, komanda oyuna hazır deyildi...

- Nöqsanlar vardı. Xüsusən də fərd olaraq bəzi səhvlər vardı. Çalışacağıq ki, onları aradan qaldıraq. Nəzərə almalıyıq ki, fasilədən sonra ilk oyuna çıxmışdıq.

- Həmkarınız nəticəni uğurlu saydığını dedi. Siz necə düşünürsüz?

- Bəli, qələbə qazansaydıq daha yaxşı olardı. Amma bunu da qəbul edirik. Rəqib də çalışırdı ki, 3 xallıq fərqi qorusun. Buna nail oldular.

- Almeydanın oyunu sizi razı saldımı? 

 - Nəinki Almeyda, bütün futbolçularımdan razı qaldım. Onlar əllərindən gələni etməyə çalışdılar, yaxşı mübarizə apardılar. 

- İlk iki dövrədəki "Neftçi" bu günkündən fərqlənirdimi? 

- Bunu demək üçün hələ bir az tezdi. Qarşıdakı oyunlarda daha dəqiq fikir söyləmək mümkündü.
 
Sport7.az

Xəbər lenti