Qurban Qurbanov: “Bunu üzərimə götürməliyəm”

Qurban Qurbanov: “Bunu üzərimə götürməliyəm”
Malta ilə səfərdə 1:1 hesablı heç-heçəyə razılaşan millimizin baş məqçisi qarşılaşmadan sonra mətbuat konfransı keçirib.
 
Sport7.az xəbər verir ki, millimizin baş məşqçisi qələbə qazana bilmədiyimizə görə təəssüfləndiyini bildirib. Bununla belə Qurbanov vurğulayıb ki, hələ qrupdan çıxmaq şansımız var.
 
Sitat:
 
"Qələbə qazanmaq istəyirdik. Əfsuslar olsun ki, buna nail olmadıq. Bir xal qazansaq da, əslində 2 xal itirdik. Bir neçə futbolçunun hazırlıq durumundan narahat idim. Görüləsi işlər çoxdur. Nəticədən narazılıq varsa, bunu üzərimə götürməliyəm.
 
Qrupumuzda yer alan digər komandaların da növbəti oyunlarda itkiləri olacaq. Qalan 4 oyunda qələbə qazanacağımız təqdirdə, uğura nail ola bilərik. Hər bir çətinliyi istədiyim kimi aradan qaldırmaq asan deyil. Futbolçularıma güvənib, bir olub hazırlaşmalıyıq”.
 
Sport7.az
 
 

Xəbər lenti