Qurban Qurbanov:

Qurban Qurbanov: "Həm rəqib, həm də biz sürətli oyun nümayiş etdirdik"

"Qarabağ" ilk yoxlama matçında Rumıniyanın "Akademika Klinçeni" klubuyla 2:2 hesablı heç-heçə edib.
 
Sport7.az xəbər verir ki, komandanın baş məşqçisi Qurban Qurbanov oyun haqda fikirlərini bildirib: "İlk yoxlama matçımız idi, bu gün futbolçulardan çox şey tələb edə bilməzdik. Bu gün Antalyada təlim-məşq toplanışımızın ilk mikrotsiklinin son günü idi, hansı ki, bu oyunla başa vurduq. Hər şey qaydasında oldu. Baxmayaraq ki, futbolçular yorğun idi. Amma həm rəqib, həm də biz sürətli oyun nümayiş etdirdik, yaxşı mübarizə oldu. Belə oyunlarda da nəticəyə oynamaq önəmlidir, hesabda 1:2 geri düşsək də, son dəqiqələrdə futbolçular qol vurmağa çox istəkliydilər və bunu da bacardılar. Bu oyun hazırlığın ilk hissəsi idi, hələ hazırlığımızın ikinci hissəsi qalıb, sonra isə bizi çempionat oyunları gözləyir".
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR