Qurban Qurbanov “Krayova” ilə oyunu dəyərləndirdi

Qurban Qurbanov “Krayova” ilə oyunu dəyərləndirdi

"Növbəti yoxlama oyunumuuz keçirdik. Bu gün yaxşı mübarizə apardıq və bir neçə qol epizodu yaratdıq”.

Sport7.az xəbər verir ki, bu sözləri "Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Avstriya toplanışı çərçivəsində bu gün Rumıniyanın "Krayova” klubu ilə keçirilən yoxlama oyunu (0:0) haqda danışarkən deyib.

Təcrübəli mütəxəssis klubun mətbuat xidmətinə açıqlamasında komandasının getdikcə daha yaxşı oynayacağını bildirib:  "Üç gündən bir oynayırıq. Futbolçular bu gün daha yüklənmiş vəziyyətdə meydana çıxmışdı. Oyundan–oyuna daha yaxşı performans göstərəcəyik. Rəqibimiz də olduqca intizamlı və mübarizə aparan komanda idi”. 
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR