Qurban Qurbanov mətbuat önünə çıxacaq

Qurban Qurbanov mətbuat önünə çıxacaq

Avropa Liqasının qrup mərhələsinin VI turun matçları çərçivəsində baş tutacaq "Qarabağ" - "Düdelanj" (Lüksemburq) qarşılaşmasından öncə keçiriləcək mətbuat konfranslarının vaxtı bəlli olub.
 
Sport7.az xəbər verir ki, dekabrın 11-i, saat 13:30-da Tofiq Bəhramov adına Respublika stadionunun mətbuat zalında baş məşqçi Qurban Qurbanov media mənsublarının önünə çıxacaq. Ağdam təmsilçisinin son məşqi isə saat 17:30-da Suraxanı qəsəbəsində yerləşən klubun bazasında baş tutacaq. Məşqin ilk on beş dəqiqəsi mətbuat və azarkeşlər üçün açıq olacaq.

"Düdelanj"ın baş məşqçisi isə saat 19:30-da Tofiq Bəhramov adına Respublika stadionunun mətbuat zalında jurnalistlərin suallarını cavablandıracaq. Lüksemburq təmsilçisinin son məşqi saat 20:00-da qarşılaşmanın keçiriləcəyi stadionda baş tutacaq.

Qeyd edək ki, qeydiyyatdan keçmiş KİV nümayəndələri dekabrın 10-u saat 14:00-18:00, dekabrın 11-i isə saat 11:00-19:00 aralığında akkreditasiyalarını Tofiq Bəhramov adına Respublika Stadionunun media mərkəzindən əldə edə bilər.

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR